Putin Gürcüstan və Ukraynanın NATO-ya daxil olmasının nəticələri barədə düşünməyə çağırıb

"Rusiya NATO tərəfindən atılan aqressiv addımlara mütənasib şəkildə cavab verəcək, Ukrayna və Gürcüstanı Alyansın sıralarına qatmağa tələsənlər belə məsuliyyətiz siyasətin nəticələri barədə düşünməlidir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının səfirləri və daimi nümayəndələri ilə görüşdə deyib.

"Avropada təhlükəsizlik və sabitlik üçün əsas məsələ əməkdaşlığı genişləndirmək və etimadı bərpa etməkdir, daha indiki kimi Rusiya ilə sərhədlərdə yeni bazalar və NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi yox", - o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar