Azərbaycanlı mer niyə öldürüldü?

Evinin qarşıısında güllələnən Babayevin qətlinin versiyaları açıqlandı

Ukraynanın Poltava vilayətində ötən gün evinin qarşısında güllələnən azərbaycanlı merin ölümü barədə açıqlamalar verilib.

ANS PRESS-in məlumatına görə, Ukraynanın hüquq-mühafizə orqanları əslən azərbaycanlı olan Kremençuq şəhərinin meri Oleq Babayevin qətlə yetirilməsi ilə bağlı bir neçə versiyanı nəzərdən keçirirlər.

Bu barədə Poltava vilayəti üzrə DİN İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yuri Sulayev məlumat verib:

“Oleq Babayevin qətlinin peşəkar, sahibkarlıq fəaliyyəti və yaxud şəxsi zəmində törədilməsi kimi bir neçə ehtimallar mövcuddur”.

"Batkivşina" partiyasından keçmiş deputat olan Oleq Babayevin 49 yaşı olub. O, 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub. O.Babayev 2005-ci ildən “Vorskla”nın prezidenti idi. Komanda ötən mövsüm Ukrayna premyer-liqasını 8-ci yerdə başa vurmuşdu.

"Oleq Babayev Poltava Regional Dövlət Administrasiyasına rəhbərlik etməli idi", deyə  Babayevin yaxınları açıqlamalarında belə deyiblər.

Onların sözlərinə görə, Kremençuk şəhərinin meri vəzifəsini icra edən Oleq Babayev artıq bir neçə təsdiqlənmədən keçmişdi, gələn həftə isə Poltava Regional Dövlət Adminstrasiyanın rəhbəri təyin edilməsi üçün görüşləri planlaşdırılırdı.

Xatırladaq ki, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar