Bakıda avtosalondan 8500 manat oğurlanıb

Dərc olunub: 19/07/2018 - 21:03

basqinBaş Cinayət Axtarışı İdarəsi, Beyləqan RPŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Beyləqan rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən 12 ədəd elektrik mühərriki və 1 ədəd reduktor oğurlamaqda şübhəli bilinən 1-ci Şahsevən kənd sakinləri Anar Şıxəli və əvvəllər məhkum olunmuş Eynur Hüseynov saxlanılıblar.

DİN-dən verilən məlumata görə, E.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayında 1-ci Şahsevən kəndi ərazisindəki digər şirkətə məxsus təmir-tikinti alətlərini və inşaat materiallarını, habelə mayın 15-də daha bir nəfərlə birgə Xətai rayonu ərazisindəki avtosalonların birindən 8500 manat oğurlamaları da müəyyən edilib.








loading...


Fikrinizi bildirin