Meksikada güclu zəlzələ baş verib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, cümə axşamı Meksikada yenidən güclü yeraltı təkanlar qeydə alınıb. Tam olaraq 10 ay bundan əvvəl də  dağıdıcı zəlzələ baş vermişdi. Həmin zəlzələ ölkə boyu yüzlərlə insanın həyatına son qoymuşdu.

Milli seysmoloji xidmətin məlumatına görə, bu təkanların maqnituası 5,9 təşkil edib, episentri isə Oaxaka ştatında yerləşib.

«5,9 maqnitudalı zəlzələdən sonra, təhlükəsizlik protokolları işə salınıb, hələlik dəymiş ziyan barədə ştatların heç birindən məlumat verilməyib» - deyə, ölkənin mülki müdafiə xidmətinin başçısı Luis Felipe Puente bildirib.

Həyəcan siqnalı işə düşərkən, insanların bir çoxu küçələrə çıxıb. Həm də  2017-ci ildəki zəlzələ zamanı çıxanlardan xeyli çox. Bundan əvvəl insanların bir çoxu, xüsusilə də hündür binaların sakinləri öz mənzilində qalmağa üstünlük vermişdi.

Hazırda Meksika məktəblərində tətildir, amma uşaq bağçalarının çoxu yayda da fəaliyyət göstərir. İlk siqnal zamanı uşaqların hamısını mütləq qaydada küçənin təhlükəsiz bir yerinə toplayırlar, bağça binasına isə vizual baxışdan  sonra qaytarırlar.

Çərşənbə günü isə episentri birbaşa Mexikoda yerləşən kiçik zəlzələ baş verib - onun maqnitudası cəmi 2,5 təşkil edib və datıntı əmələ gətirməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar