Yunanıstan diplomatları qovdu, Lavrov səfəri ləğv etdi - Siyasi böhran

Yunanıstanın daxili işlərinə qarışdığı iddiası ilə 4 rus diplomat bu ölkədən qovulub.

“Qafqazinfo” “Habertürk”ə istinadla xəbər verir ki, bu səbəblə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yunanıstana edəcəyi səfəri ləğv edib.

Həmçinin, Rusiya prezidenti Vladimir Putin bu addıma sərt cavab veriləcəyini bildirib.

Rusiya XİN-in sözcüsü Mariya Zaxarova isə Yunanıstana bəzi qərb dövlətləri tərəfindən təzyiq edildiyini və “çirkli oyuna” çəkildiyini söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar