Saakaşvili prokurorluğa çağırıldı

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilini dindirməyə çağırıb. O, sabah çağırışa getməlidir.

Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, çağırış vərəqi Tiflisdə eks-prezidentin anası Giuli Alasaniyaya təqdim edilib. Mixail Saakaşvilinin konkret hansı işlə bağlı istintaqa çağırıldığı açıqlanmayıb.

Prokurorluq bəyan edib ki, Saakaşvili çağırışa gəlməkdən imtina etsə, qanunla nəzərdə tutulan tədbirlər görüləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar