«NATO ilə əməkdaşlıq bölgənin təhlükəsizliyinin qarantıdır» - Gürcüstan prezidenti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, cümə axşamı Gürcüstanın prezidenti Georgi Marqvelaşvili bəyan edib ki, Tiflis-NATO əməkdaşlığı bölgənin təhlükəsizliyinə və sabitliyinə xidmət edir.

Marqvelaşvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstan və Ukraynanın NATO-ya inteqrasiyası barədə bəyanatını belə şərh edib. Putin xarici ölkə səfirlərinin və daimi nümayəndələrinin Rusiya XİN-də keçirilən iclasında bəyan edib ki, Rusiya NATO-nun addımlarına adekvat reaksiya verəcək. Onun sözlərinə görə, kim Ukraynanı və ya Gürcüstanı alyansın tərkibinə daxil etməyə çalışırsa, gərəkdir ki, belə məsuliyyətsiz siyasətin nəticələri barədə düşünsün.

«Gürcüstan yenə mübahisələrin sülh yolu ilə həllinə can atır. Bizim dəfələrlə Rusiyaya etdiyimiz təklif, əməkdaşlıq məkanında qarşıdurma paradiqmasını dəyişmək məqsədi daşıyırdı. Ancaq inamın bərpası ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması yolu mümkün deyil» - Gürcüstan prezidentinin bəyanatında belə deyilir. Bəyanat prezidentin saytında dərc olunub.

Marqvelaşvili qeyd edib ki, Gürcüstanın NATO ilə əməkdaşlığı bölgənin təhlükəsizliyinə və Rusiya Federasiyasının cənub sərhədlərində sabitliyə xidmət edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar