«Yalançı KİV-lər ABŞ-ı Rusiya ilə qarşıdurmaya itələyirlər» – Tramp

Dərc olunub: 20/07/2018 - 00:51

«trampAzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə,  prezident Donald Tramp bəyan edib ki, ABŞ-ın liberal KİV-i Rusiya və ABŞ arasında qarşıdurma görmək istəyirlər . Bu da silahlı münaqişəyə gətirib çıxara bilər.
«Yalançı KİV-lər Rusiya ilə miqyaslı qarşıdurmanı, hətta müharibəyə gətirib çıxaracaq qarşıdurmanı, necə güclə istəyirlər!» - deyə, Tramp öz «Tvitter»ində yazıb.
Dövlət başçısının sözlərinə görə, nəşrlər necə ağılsızcasına təzyiq göstərirlər. Bu fakta nifrət edirlər ki, Tramp Rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətlərə ümid edir.
«Bizim işlərimiz istənilən başqa dövlətlə olduğundan daha yaxşı gedir» – deyə, iyulun 16-da Helsinkidə Putinlə görüşmüş Tramp qeyd edib.








loading...


Fikrinizi bildirin