Olimpiya mükafatçısının ölümündə şübhəli bilinən 2 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Soçi-2014 Qış Olimpiya Oyunlarının bürünc mükafatçısı Denis Tanın öldürülməsi ilə bağlı istintaq işini Qazaxıstanın baş prokuroru Kayrat Kojamjarov şəxsən öz nəzarətinə götürüb. Fiqurlu konkisürənin qətlində şübhəli bilinən iki nəfərin şəxsiyyətini müəyyənləşdiriblər."Report" xəbər verir ki, bu barədə Tengrinews.Kz  Qazaxıstanın DİN-nə istinadən  məlumat verib.

Şübhəli bilinən 1 nəfər saxlanılıb və müvəqqəti saxlanma təcridxanasına aparılıb. İkinci şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, Soçi-2014 Qış Olimpiya Oyunlarının bürünc mükafatçısı Denis Tan 19 iyulda aldığı çoxsaylı bıçaq zərbələrindən dünyasını dəyişib. İlkin məlumata görə, fiqurlu konkisürənə maşın soyunğunçuları hücum ediblər. Həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni etsələr də, buna nail ola bilməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar