ATƏT DTİHB seçkiyə bağlı yekun rəyini açıqladı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTIHB) Azərbaycanda 11 apreldə keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı yekun hesabatını açıqlayıb. APA-nın məlumatına görə, nəticələrlə bağlı ilk rəy seçkilərdən bir gün sonra-aprelin 12-də elan olunub.

Yekun hesabatda isə bildirilir ki, seçki qanunvericiliyi növbəti seçkilərdən əvvəl beynəlxalq standart və öhdəliklərə uyğunlaşdırılmalı, konstitusiya ilə qorunan hüquq və azadlıqlar təmin edilməli, qanunvericilikdəki boşluq və qeyri-müəyyənliklər aradan qaldırılmalıdır: “Qərəzsizliyi və seçki işlərinə olan etimadı artırmaq məqsədilə seçki komissiyalarının tərkibində dəyişiklik edilməlidir”.

Hesabatda seçici siyahısının yoxlanılması, toplantılar keçirmək üçün lazımsız məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tövsiyələr də yer alıb.

Qeyd edək ki, ATƏT DTİHB-nin seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda fəaliyyətə başlayıb. Missiyanın rəhbəri Koryen Yonker olub. Seçki prosesini izləmək üçün 30 uzunmüddətli və səsvermə gününü izləmək üçün 280 müşahidəçi Bakıya gəlib.

635x100

Şərhlər

hop-hopnamə 2018-07-20 09:40:25

Moşu demişkən: Ay müharibə veterenaı Tanrıverdi dayı (ATƏT) sən hansı seçkidən danışırsan?? 1993-cü ilin seçkisindən????????...

Son yazılar