Bakının Baş planını amerikalılar cızacaq

Uzun müddətdir Bakının dalana dirənən baş planı amerikalılar tərəfindən hazırlanacaq. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması işinin təşkili prosesinə start verir. Bu barədə yayılan məlumatda qeyd olunur ki, prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin Baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini - “The Boston Consulting Group” şirkətini cəlb edir.

1963-cü ildə yaradılmış “The Boston Consulting Group” şirkəti 50 ölkədə fəaliyyət göstərən 90-dan çox nümayəndəliyini özündə birləşdirən qlobal şəbəkə vasitəsilə dünyanın bütün regionlarında dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir. Qeyd edilir ki, şirkət tərəfindən son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin Baş planının hazırlanması işinin iki mərhələdə təşkil edilməsini planlaşdırır.

Birinci mərhələdə paytaxtla bağlı bugünədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur.

İkinci mərhələdə komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.

Yuxarıda da qeyd etdiyimiz kimi, uzun illərdir ki, Bakının baş planının hazır olması ilə bağlı məlumatlar yayılırdı. Hələ 2017-ci ildə məlumat yayılaraq bildirilmişdi ki, Bakının baş planı demək olar ki, hazırdır. Lakin hələ də söz var, əməl görünmür.

635x100

Şərhlər

Obyektıv 2018-07-20 09:43:20

Yeqin ki, sherq uslublu ornamentlere deymemek shertile.. Chunki,sheherimizin vacib gozelliklerinden ve menevi deyerlerinden biri de bu idi.. Bunu ozumuz onlara anlatmaliyiq, bu illerin boyuk zehmetleri ve idi.. Yoxsa, qerb bunu ne basha dusher ki! Inkishaf yaxshi chehetdir, ancaq tarixi medeni bazani saxlamaqla.. Baksovet metro stansiyasinin "top dagitmaz" binasi "parnik"e benzer "piramida" ile evez olundu indi sanki, bashqa bir erazidesen.. )) Teki, menevi ve hemchinin iqtisadi terefden ziyani olmasin..

Son yazılar