Məhkəmə prokurorun verdiyi protesti təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Rahim Tanrıverdiyevin barəsindəki hökmdən verilən prokurorun protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

R. Tanrıverdiyevin vəkili İlyas Kərimovun APA-ya verdiyi xəbərə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə protest və şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

R. Tanrıverdiyevə Nizami Rayon Məhkəməsinin hökmü ilə bəraət verilib. Zərərçəkmiş və prokuror isə onun həbsini tələb edirdi.

İttihama görə, R. Tanrıverdiyev tanışı Nüşabə Cəfərovanın övladını Almaniyada müalicə etdirəcəyini vəd edərək, onun 19 min 500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, R. Tanrıverdiyev iş adamı kimi fəaliyyət göstərib. O, Almaniyadan Azərbaycana qeyri-qida məhsulları gətirməklə məşğul olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar