Fuad Muradov küsülü diaspor rəhbərlərini barışdırdı! - Foto

Ukrayna Azərbaycanlıları Konqresinin parçalanmasından sonra yaranan “Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporu” və “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” birləşib. Missiya.Az xəbər verir ki, təşkilatların barışdığı konfrans Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı keçirilib.

İki ən böyük diaspor təşkilatının rəhbəri – “Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporu”nun sədri Hikmət Cavadov və “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi”nin sədri Rövşən Tağıyev Dövlət Komitəsi rəhbərliyinin təşəbbüsü ilə barışıblar. Konfransda İşçi Qrupunun yaradılması ilə bağlı razılığa gəlinib.

Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurası işini təşkil edəcək.

Tədbirdə iştirak edən bütün tərəflər səfirlik, Diaspor Komitəsi və diaspor təşkilatları belə bir zamanda birləşmənin vacib olduğunu bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar