Mənsimovun gəmilərində etirazlar başladı

zov dənizində reyddə dayanan neftdaşıyan tankerin heyət üzvləri aylardır əmək haqları ala bilmədiklərinə görə aclıq elan edib. TASS-ın məlumatına görə,  “Riroil 5” tankerinin 12 heyət üzvündən 7-iRusiya, 5-i Azərbaycan vətəndaşlarıdır. Heyət üzvlərindən 4-ü aclıq aksiyasına başlayıb.

“Riroil” tankeri hazırda borc içində batan oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsusdur. 2003-cü ildə Volqoqrad tərsanəsində yığılıb, beynəlxalq gəmiçilik reyestrlərində yer alan məlumatlara görə mülkiyyətçisi Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC şirkətidir. Bu şirkət Mənsimovun Türkiyədəki “Palmali Denizçilik” qrupuna daxildir. Gəmi Malta bayrağı altında üzür.

Dənizçilər bildirir ki, türk şirkətinin heyət üzvləri qarşısında əmək haqqı borcu 100 mn dollardan çoxdur. Bəzi dənizçilər artıq 8 aydır ki, maaş almırlar. Dənizçilər “Palmali” şirkətini məhkəməyə verməyə hazırlaşırlar.

Agentlik bildirir ki, bundan əvvəl “Palmali”nin daha üç gəmisində heyət üzvlərinin əmək haqlarının verilməməsinə etiraz olaraq aclıq aksiyası elan etdikləri haqda xəbərlər yayılıb. Lakin hələlik bu xəbərləri təsdiqləmək mümkün olmayıb.

Virtualaz.org  xəbər verir ki, “Palmali”nin borc içində üzdüyü və Rusiyada şirkətin barəsində müflisləşmə proseduru başladıldığı haqda dəfələrlə yazılıb. Şirkətin iki gəmisinin aylardır Avropa limanlarında həbs altında olduğu da məlumdur.

635x100

Şərhlər

EWDER 2018-07-20 13:35:41

SEVININ...MUBARIZ ELE BIL AZERI BALASI DEYIL.MILLETIN EVINI PAXILLIQ YIXACAQ...BIZE DUWMEN LAZIM DEYIL,EWDER OL CANI.IMKAN VERMEYIN KIWI INKIWAF ELESIN

məmmədqulu 2018-07-20 13:35:41

Yaxşıdır hörmətli Azpolitika üçün material tapıb verirlər. Aslan İsmayılov olmayanda Palmalidən, bu olmayanda ondan yazırlar. Əla.

Son yazılar