İKT-nin inkişafına dair Strateji Yol Xəritəsindəki tədbirlərin 25%-i icra edilməyib - MONİTORİNQ

2017-ci il ərzində “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulmuş hissəsinin 47 faizinin icrası tamamlanıb, 28 faizi qismən icra edilib, 25 faizi isə icra edilməyib.

"APA-Economics" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti"nin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, telekommunikasiya sektorunda uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübələrinin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanları üzrə bir sıra araşdırmalar aparılıb.

Hesabatda vurğulanıb ki, "TASİM layihəsinin reallaşdırılması məqsədilə ətraflı texniki-iqtisadi əsaslandırmanın aparılması üçün birgə büdcənin yaradılmasına dair ölkəmizin irəli sürdüyü təklifləri TASİM operatorları müsbət qarşılayıb, birgə müzakirələrin nəticəsi olaraq texniki-iqtisadi araşdırma aparılması üçün texniki şərtlər toplusu hazırlanıb.

Eyni zamanda, ötən il rekonstruksiya nəticəsində istismardan çıxarılmış kabellərdə olan mis xammalın realizasiyası üsulları ilə bağlı araşdırma və təhlil aparılıb, 2020-ci ilədək şəbəkədən çıxarılacaq xammalın proqnoz göstəriciləri və satışı, habelə əldə ediləcək vəsait barədə proqnozlar hazırlanıb.

Bundan başqa, ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı məsləhətçi kimi cəlb edilib. Sənəddə qeyd olunub ki, rəqəmsal ödənişlər üzrə milli strategiya və cari ödəniş ekosistemi, nağd ödənişlərə təkan verən makro/mikro amillər, nağd puldan rəqəmsal ödənişlərə miqrasiya üzrə ümumi metodlar araşdırılmaqla, rəqəmsal ödənişlərin genişləndirilməsinə dair proqram layihəsi hazırlanıb. Həmçinin, eGov 2.0 versiyasında mobil hökumət (mGov) konsepsiya layihəsi, eləcə də “Hökumət Bulud”un (G-Cloud) yaradılması barədə layihə hazırlanıb.

"Rəqəmsal təhsilin inkişafı üzrə islahat istiqamətlərinin təhlili əsasında təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə proqram layihəsi hazırlanıb. “Elektron məktəb” layihəsinə 50 təhsil müəssisəsi cəlb edilib. Layihə çərçivəsində pedaqoji heyətin hazırlığı, İKT infrastrukturunun inkişaf etdirilməsi, Elektron Məktəb İdarəetmə Proqramı və Valideyn Nəzarət Sistemi, elektron tədris resursları istiqamətləri üzrə tədbirlər həyata keçirilib. Tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri ilə bağlı Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İKT akademiyalarının qurulmasına başlanıb", - deyə hesabatda vurğulanıb.

635x100

Şərhlər

vızz 2018-07-20 13:54:10

Cənablar ayılın. Strateji yol xəritələrinizin axırıncı nöqtəsi Mİngəçevir İES atəşfəşanlığı nəticəsində Azərbaycanın çökməsi olmuşdur. Zəhmət olmasa Strateji Yol Xəritlərinin qanadlarından enib Azərbaycan torpaqlarının üstü ilə yeriyin. Az gopa basın.

Son yazılar