«Rusiyalılar Putin-Tramp danışıqlarını gizlicə yaza bilərlər» - ABŞ kəşfiyyatnın başçısı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) milli kəşfiyyatnın direktoru Deniel Kouts cümə axşamı Aspendə (Kolorado ştatı) keçirilən təhlükəsizlik forumunda çıxış edib. O bildirib ki, ABŞ və Rusiya prezidentlərinin təkbətək görüşü zamanı nələr baş verdiyindən xəbərsizdir. Amma görüşün gedişi barədə Rusiya tərəfin məxfi yazıya malik olmasını da istisna etmir.

«Siz, haqlısınız, mən görüşdə nələrin baş verdiyini bilmirəm. Vaxt ötdükcə, prezident (Donald Tramp - red.) bu görüşdə baş verənlərdən bəzilərini xatırlatdı. Hesab edirəm ki, vaxtı gəldikcə biz, daha çoxunu öyrənəcəyik» - deyə, Kouts bildirib və əlavə edib ki, Tramp görüşü hansı istiqamətdə və yüksək səviyyədə keçirmək məsələsində şərtsiz, müstəqil preroqoativə malikdir.

O, Rusiya tərəfin iki ölkə liderinin təkbətək görüşünü gizlicə lentə almaq imkanlarını istisna etmədiyini dilə gətirib. «Mən, hesab edirəm ki, belə risk həmişə mövcuddur» - deyə, ABŞ milli kəşfiyyatının direktoru qeyd edib.

«Ola bilərmi ki, Rusiya tərəf Vladimir Putinin Trampa bağışladığı 2018 il dünya çempionatının rəsmi topunun içinə dinləmə qurğusu yerləşdirsin?» - sualına, Kouts gülməklə cavab verib.

«Bunu yoxlamaq üçün bizim əlimizdə texniki vasitələr var» - deyə, amerikalı kəşfiyyatçı əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar