Avropa Parlamenti də seçkinin nəticələrini tanımadı- "TƏƏSSÜFLƏNİRİK..."

Parlamentin Xarici Əlaqələr Komitəsi xüsusi qətnamə qəbul etdi

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı oktyabrın 11-də müzakirələr aparıb və sonda qətnamə qəbul edib. Sənəddə deyilir:

1. Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmamasından təəssüflənirik.

2. Bütün müxalif siyasətçilərin, jurnalistlərin və insan haqları müdafəçilərinin, o cümlədən İlqar Məmmədov və Tofiq Yaqublunun heç bir şərt irəli sürmədən azadlığa buraxılmasına çağrırıq.

3. Avropa Birliyi ilə Azərbaycan arasında danışıqların baş tutmasından ötrü bütün siyasi məhbusların azad edilməsi, siyasi fəallara, jurnalistlərə və insan haqları müdafiəçilərinə hücumların dayandırılmasını şərt kimi qəbul edirik.

Komitə həmçinin, Dağlıq Qarabağla bağlı BMT-nin qətnamələrinin həyata keçirilməsinin zəruriliyini bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar