ABŞ deputatlarının Rusiyaya yeni səfəri gözlənilir - Avqustun birinci yarısında

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, avqustun birinci yarısında Amerika Birləşmiş Ştatları (ABŞ) deputatlarının Rusiyaya yeni səfəri baş tuta bilər. Bu barədə Rusiya Dövlət Duması Federasiya Şurasının beynəlxalq məsələlər komitəinin başçısı Konstantin Kosaçov xəbər verib.

«ABŞ parlamentarlarının Rusiyaya səfəri avqustun birinci yarısında baş tuta bilər» - deyə, Kosaçov bildirib.

Bununla yanaşı, Kosaçov planlaşdırılan səfərin detallarını açıqlamayıb.

Bundan əvvəl, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov «Valday» beynəlxalq diskusiya klubunda çıxış edərkən xəbər verib ki, amerikala qanunvericilər Rusiyaya yenidən səfər etməyi planlayırlar. O, həm də qeyd edib ki, Rusiyalı deputatların ABŞ-a səfəri noyabr seçkilərindən əvvəl çətin ki, baş tatsun.

Kosaçov da təsdiqləib ki, ABŞ konqresinə seçkilərə qədər rusiyalı qanunvericilərin cavab səfəri gerçəkdən də baş tutmayacaq.

Bundan əvvəl Federasiya Şurasının komitə sədri xatırladıb ki, noyabrda ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək. Bununla, Senatın üçdə biri, Nümyəndələr Palatasının isə bütün tərkibi yenidən seçiləcək. Kosaçov onu da xəbər veib ki, ABŞ qanunvericilərinin bu yaxınlarda baş tutmuş səfərinin gedişində, senatorlar amerikalı həmkarlarından xahiş ediblər ki, noyabr seçkilərindən sonra formalaşacaq senat komitəsinə çatdırsınlar ki, rusiyalı parlamentarlar beynəlxalq məsələlər üzrə komitə səviyyəsində dialoqa hazırlığı saxlayırlar.

Xəbər verildiyi kimi, ABŞ Konqresinin nümayəndə heyəti 30 iyun-05 iyul aralığında Rusiyada səfərdə olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar