Şəkidə qəssablar tətil etdi - Yeni qaydalara etiraz edirlər

İki gündür ki, Şəkinin mərkəzi bazarında (Bakıdan 400 km şimal-qərbdə) qəssablar tətil edir.Səbəb bazar rəhbərliyinin mal-qaranın mütləq xüsusi olaraq ayrılmış yerdə kəsilməsi ilə bağlı yeni qayda tətbiq etməsidir. Bu zaman hər kəsilən heyvan üçün sahibindən 4 manat tələb edirlər.

Qəssablar hesab edirlər ki, ətin qiymətinin bahalaşması tələbatın azalmasına gətirib çıxara bilər və ziyana dönər. İndiyədək bazarda qoyun ətinin bir kiloqramını 7-10 manata, mal ətini 10 manata almaq olurdu.

Yerli sakinlər tətilin ət çatışmazlığına və ətin bahalaşmasına səbəb olacağından ehtiyatlanırlar. Şəhər əhalisi əti əsasən bazardan alır, burada hər gün təxminən 30-40 satış nöqtəsi fəaliyyət göstərir.

Qeyd edək ki, mal-qara kəsimi qaydaları Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi tələblərinə və sanitariya-gigiyena normalarına cavab verməyən qanunsuz mal-qara kəsimi məntəqələrinin fəaliyyətinin qarşısını almaq məqsədilə keçirdiyi reydlərdən sonra sərtləşib.(Turan)

635x100

Şərhlər

Bayram 2018-07-20 20:49:31

Mən başa düşürəm mal-qaranın xüsusi olaraq ayrılmış yerlərdə sanitar qaydalara uyğun, kəsilmiş ətin həkim nəzarətinin keçməsi və avropa standartlarına ilə bağlı yeni qayda tətbiq edilməsi yaxşı haldır.Lakin başa düşmürəm ki əhalinin çox böyük hissəsinin maaş və təqaüdlərinin avropa standartlarına uyğunlaşdırılması baradə niyə heç kim fikirləşmək istəmir? Məgər hökümət məmurları bilmir ki bu təzə qaydalar göndəlik təlabat malı kimi ətin maya dəyərinin artmasına və onsuz da ağır olan əksər əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq? Məgər qida təhlükəsizliyi agentliyi bu məqsədlə yaradılıb ki kasıb təbəqənin güzaranı daha da pisləşsin?

Şəkidən-Ardı 2018-07-20 20:49:31

Yer pulu,nəzarətçi Zöhrənin pulu,Baytar həkimin pulu,aylıq haqq,tərəzi pulu,zibil pulu və s.pullar qəbz təqdim etmədən yığılır.Belə hallar qanunsuz olaraq məhsulun pulunun süni surətdə qalxmasına təsir göstərir, vətəndaşı dövlətdən narazı salır. İndi də Baytar həkimin qəssəblərdən kəsdiyi hər qoyunun satışı üçün 4-manat pul tələb etmələri ətin süni surətdə qiymətinin qalxmasına gətirib çıxarır, sosial narazılıq yaranır. Vəzifəli şəxslər öz vəzifə öhdəliklərini qanuni yerinə yetirsələr,qiymət artımına yol ve

Sedaqet 2018-07-20 20:49:31

Heyder esedova gedib itayet edin aaaa millettt. Qoshqar ve Inam bu millete qenim kesilib!!!!

t.ədalət 2018-07-20 20:49:31

Min illərdir dədə-baba qaydası ilə ət kəsilib,satılıb.İndi hansısa işbazın pul tələsi camaatın narahatlığına səbəb olur.Qida təh.agenti heç də əhalinin sağlamlığını deyil,özlərinin qazancı uğrunda çalışır.Arada itirən alıcılar olur..

Famil 2018-07-20 20:49:31

Pul yigan az idi.bunlar da bir terefden cixdi.ozlerinden bawqa hec kime faydasi olmayan novbeti tewkilat...sizi bilmirem, mene wexsen bele tewkilatlar lazim deyil...

Şəkidən 2018-07-20 20:49:31

Şəki-Bazar ASC-nə "Mollalıqla" məşğul olan, əvvəllər İdman Kompleksində gözətçi işləyən Eldəniz Hacıağayevi Bazara direktor vəzifəsinə,"Dəmirçiliklə" məşğul olan Səmayil adlı şəxsi Baş mühasib vəzifəsinə təyin etməklə Bazarda qanunsuzluqların hökm sürməsinə start veriblər.Onların qanunsuz iş fəaliyyətlərinə Vergi Əməkdaşları tərəfindən göz yumulur..Satılan məhsulların süni surətdə qalxmasının əsas səbəblərindən biri Bazardan satıcılardan bir-neçə nəfər qanunsuz pul yığımıdır:-

Son yazılar