Prezident Tramp Putini ABŞ-a səfərə dəvət edib - Payızda

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putini bu payız ölkəsinə səfərə dəvət edib.

Bu barədə Ağ evin nümayəndəsi Sara Sanders öz «Tvitter»ində yazıb. Onun sözlərinə görə, Tramp özünün müşaviri Con Boltona Putini Vaşinqtona səfərə dəvət etməyi tapşırıb.

Səfərin müzakirəsi aptıq başlanıb.

Sanders onu da əlavə edib ki, Helsinkidəki görüş zamanı Tramp iki ölkənin (ABŞ və RF) təhlükəsizlik Şuraları arasında daimi işçi dialoqun aparılmasına razılıq verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar