«Rusiya Azərbaycanla Ermənistan arasında müharibəyə yol verməz» - Paşinyan

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, üzdəniraq Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda hərbi əməliyyatların bərpasının real olduğu halda, Rusiyanın vəziyyətə müdaxilə etməyəcəyinə inanmır. Bu barədə hökumət başçısı «Sputnik Ermənistan» radiosunun jurnalistləri ilə görüşü zamanı bəyan edib.

Paşinyanın sözlərinə görə, bölgədə müharibə təhlükəsi mövcuddur və ona hər zaman hazır olmaq lazımdır. Amma Rusiya faktorunu da yaddan çıxartmaq olmaz.

«Biz, hamımız anlayırıq ki, Rusiya Federasiyası «nəhəng» olaraq, bizim bölgədə müharibənin bərpasına yol verməmək imkanlarına malikdir. Mən inana bilmərəm ki, Ermənistanın strateji həmkarı və dostu olaraq, Rusiya bölgədə hərbi əməliyyatların bərpasına yol verməmək üçün öz rıçaqlarından istifadə etməsin» - deyə, Paşinyan «sayıqlayıb».

O, həm də bəyan edib ki, Rusiyanın Azərbaycanı «təxribat»dan çəkindirməyəcəyinə inanmır. Həyasızlığın pik həddi deyilmi?!

İtdən soruşurlar: Niyə hürürsən?

"Qorxuduram" - deyir.

Bəs quyruğunu niyə bulayırsan?

Cavab verir ki, "özüm də qorxuran".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar