Sarkisyanın şəxsi cangüdəni  azadlığa buraxılacaq – 2 milyon dollar girov müqabilində

Dərc olunub: 21/07/2018 - 09:35

vachagan-ghazaryanErmənistanın sabiq prezidenti Serj Sarkisyanın şəxsi cangüdəni general-mayor Vaçaqan Kazaryan 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq. APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu ilin iyunun sonunda qeyri-qanuni varlanma və bəyannamələrdə yalan məlumatların təqdim edilməsi ittihamları ilə həbs edilən general Kazaryan məhkəmənin qərarı ilə girov müqabilində azadlığa buraxılacaq.

“Ermənistan Apelyasiya Məhkəməsi vəkilin Vaçaqan Kazaryanın 1 mlrd. dram (2 mln. dollardan çox) girov müqabilində azadlığa buraxılmasına dair vəsatətini təmin edib. Müstəntiq etiraz etməyib”, - deyə məlumatda bildirilir.

V.Kazaryan girovu ödədikdən sonra azadlığa buraxılacaq.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilmişdi ki, “Yunibank”ı tərk edərkən saxlanılan V.Kazaryanın üzərindən depozit hesabından çıxardığı 123 min dollar və 436 mln. dram (904 min dollar) aşkarlanıb. Onu müşayiət edən “Lexus” markalı avtomobildən isə daha 50 min dollar aşkarlanıb.

Bundan başqa, V.Kazaryan həmin gün “Ardşinbank”dakı hesabından 1,78 mln. dollar, həyat yoldaşının hesabından isə 1,43 mln. dollar çıxarmaq niyyətində olub.

Habelə, Serj Sarkisyanın şəxsi təhlükəsizlik xidmətinin rəhbərinin həyat yoldaşına məxsus evdən 1,2 mln. dollar və 230,5 min avro, qarajından isə bir neçə “Range Rover” və “Mercedes-Benz” markalı avtomobillər aşkarlanıb.


loading...




Fikrinizi bildirin