AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASINDA BİABIRÇILIQ – Ekspert açıqladı

Dərc olunub: 21/07/2018 - 10:27

etibar“Azərbaycan Milli Ensiklopediyasında biabırçılıq davam edir”. Bu haqda “XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev öz “facebook” səhifəsində yazıb.

“AzPolitika.info”nun məlumatına görə, Etibar Əliyev daha sonra yazıb: “Azərbaycan Milli Ensiklopediyasının 7 cildi çapdan çıxıb. Ensiklopediyanın cildlərindəki məqalələr əsasən “Bolşaya Rossiyskaya Ensiklopediya”dan köçürülür. Ensiklopediya işini bilməyənlər deyirlər ki, burada qəbahət yoxdur. Ancaq bu qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır. Sadəcə tərcümə işidir.
Milli Ensiklopediyanın 7-ci cildini satışda gördüm. Görün bu alimi-biəməllər nə ediblər. Bu cildin 476-cı səhifəsində XX əsrin mühüm fəlsəfi cərəyanı sayılan “ekzistensializm” haqqında məqalə verilib. Yazıblar: “Eksiztensializm(lat.ex(s)istentia-varlıq), varlıq fəlsəfəsi”.

1200px-AMEA_AME_Elmi_Mərkəzi

Ekzistensializm “varlıq” haqqında cərayan deyil, ey alimi-biəmməllər. Ekzistensializm “mövcudluq” haqqında fəlsəfi cərəyandır. “Varlıq” haqqında fəlsəfi təlim “Ontologiya” adlanır. Bunu qoyuram bir yana. “Ekzistensializm” haqqında məqaləni elə urvatsız tərcümə ediblər ki, hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər.
Düşünürəm ki, 2004-cü ildə olduğu kimi bu Ensiklopediyanın da yüksək dairələrdə müzakirəsinin vaxtı çatıb”.

AzPolitika.info








loading...


Fikrinizi bildirin