Azərbaycan neftinin qiyməti yenidən geriləyib
Baxiş sayı:
Dərc olunub:
21/07/2018 - 11:24
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,52 dollar və yaxud 0,70% azalıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 74,12 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.