Tovuz sakini intihara cəhd edib

Tovuzda 60 yaşlı kişi intihara cəhd edib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Xəstəlikdən əziyyət çəkən kənd sakini, 1958-ci il təvəllüdlü Bayramov Məzahir Oruc oğlu yaşadığı evdə özünü asıb. Bundan xəbər tutan həyat yoldaşı dərhal onu xilas edərək xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar