Vaqif Əsədov jurnalistləri təbrik etdi

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi i 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov tərəfindən "AzPolitika.info"ya da göndərilən təbrik mətnində deyilir:

"Əziz həmkarlar!

Azərbaycan Milli Mətbuat Günü münasibətilə Sizi təbrik edirəm. Sizin hər birinizə şərəfli və son dərəcə məsuliyyətli işinizdə yeni-yeni uğurlar diləyirəm. Sizin Azərbaycan polisinə olan diqqətinizi, bizimlə əməkdaşlığa verdiyiniz önəmi, hüquq qaydasının - yol hərəkəti təhlükəsizliyinin təbliğatında xidmətlərinizi yüksək qiymətləndirir və təqdir edirəm.

Sizi bir daha təbrik edir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

"AzPolitika.info"nun kollektivi Vaqif Əsədova diqqətinə görə təşəkkür edir, onu da  həmkarımız kimi qəbul etdiyimizdən bayramını təbrik edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar