Bakıda  “Riyad” Mühafizə Xidmətinin keçmiş əməkdaşı həbs edilib

Dərc olunub: 21/07/2018 - 13:59

9d61d13a7ec4577e2b0a55b00b0db754Gecə klubunda baş verən dava zamanı tanımadığı şəxsi bıçaqlayan mühafizəçi hakim qarşısına çıxarılıb. Bıçaqlanan şəxs mühafizəçini bağışlayıb.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən “Riyad” Mühafizə Xidmətinin keçmiş əməkdaşı Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, ötən il Bakı şəhərində yerləşən “Leo disko” gecə klubunda baş verib. Klubda əylənən Muraz Məmmədovla həmin məkanda olan Hüseyn Hüseynov arasında mübahisə yaşanıb.

Mübahisə nəticəsində M.Məmmədovla H.Hüseynov əvvəlcə əlbəyaxa olublar. Ətrafda olanlar hər iki şəxsi sakitləşdirib. Lakin onların mübahisəsi bununla bitməyib. Bir müddət sonra onlar başqa bir məkanda üz-üzə gəlib. Bu dəfə başlayan mübahisə zamanı isə Muraz Məmmədov H.Hüseynovu bıçaqlayıb.
Törətdiyi əmələ görə Muraz Məmmədova Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

M.Məmmədov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Prosesdə zərərçəkmiş qismində Hüseyn Hüseynov da ifadə verib. O, hadisə haqda danışan zaman deyib ki, təqsirləndirilən Muraz Məmmədovla əvvəllər tanışlığı olmayıb və gecə klubundan baş verən mübahisə zamanı M.Məmmədov onu bıçaqlayıb.
Zərərçəkmiş Hüseynov təqsirləndirilən M.Məmmədovdan şikayətçi olmadığını söyləyib. Ona qarşı heç bir tələbinin olmadığını da qeyd edib.

Məhkəmənin növbəti iclası iyulun 27-də davam etdiriləcək.

Qeyd edək ki, Muraz Məmmədov “Riyad” Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub.

O, 2017-ci il iyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında baş verən davada iştirak etmişdi. Xuliqanlıqda təqsirləndirilən M.Məmmədov Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti cəza almışdı.


loading...




Fikrinizi bildirin