Rusiya ordusu Türkiyə ilə sərhəddə irimiqyaslı hərbi əməliyyata hazırlaşır

Dərc olunub: 21/07/2018 - 20:25

247946_res_01Rusiya və Suriya hərbçiləri iyulun 16-da Hmeymim hərbi bazasına hücuma cavab olaraq Latakiya əyalətinin şimalında irimiqyaslı birgə hərbi əməliyyata hazırlaşırlar.

Virtualaz.org “SANA” agentliyinə istinadən xəbər verir ki, əməliyyatın məqsədi bazanın silahlıların hücumlarından təhlükəsizliyini təmin etmək və Latakiyanın şimalını, həmçinin Türkiyə ilə sərhədi cihadçı qruplaşmalardan təmizləməkdir.

İyulun 16-da Hmeymim bazası PUA-ların hücumuna məruz qalmışdı. Eyni zamanda, Homs və İdlib əyalətlərində də cihadçılar Rusiya hərbçilərinə pilotsuz uçuş aparatlarının köməyi ilə hücumlar edirlər.








loading...


Fikrinizi bildirin