ABŞ Ukraynaya niyə 200 milyon ayırdığını açıqladı

Dərc olunub: 21/07/2018 - 20:43

usa_ukraine_flags_231014«AzPolitika.info»-nun xarici KİV-ə istinala verdiyi xəbərə görə, 2018-ci büdcə ilində Amerika Birləşmiş Ştatları təhlüəsizliyi və müdafiəni möhkəmlətmək məqsədilə, Ukraynaya 200 milyon dollar ayıracaq.
«Göstərilən vəsait bizim ölkəmizə hərbi texnika, sursat və digər avadanlıqların satın alınmasına, hərbi təyinatlı xidmətlərin göstərilməsinə, logistik təminat və silahlı qüvvələrin hazırlığı işlərinə yönəldiləcək» – deyə, Ukraynanın ABŞ-dakı səfirliyindən bildiriblər.

O da qeyd olunur ki, «ABŞ müdafiə nazirliyinin uyğun strukturları artıq hərbi texnikanın göndərilməsi və Ukraynanın müdafiə sektoruna xidmətlərin göstərilməsi haqqında kontraktların bağlanması posedurlarına başlayıb».
Məlumat üçün öildirək ki, ABŞ-da maliyyə ili 01 oktyabr – 30 sentyabr aralığını əhatə edir.


loading...




Fikrinizi bildirin