Yaponiyada ölümcül istilik dalğası müşahidə edilir

Dərc olunub: 21/07/2018 - 23:28

670f047ee6c87e9c52de927917c57f46Yaponiyada rekord səviyyədə, ölümcül istilik dalğası müşahidə edilir. Ölkənin müxtəlif yerlərində 30-a yaxın insanın öldüyü, minlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilir.
Rəsmilər insanlara istilik qurbanı olmamalı üçün çoxlu su içmələrini və hava kondisionerlərinin olduğu yerdən çıxmamalarını tövsiyə edirlər.
Yaponiyanın mərkəzində temperatur 40.9 dərəcəyə qədər qalxıb. Kioto şəhərində isə yeddi gün ərzində, davamlı olaraq 38 dərəcə istilik müşahidə edilib.
Artan hava temperaturu 2020-ci ildə Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı qərarın doğruluğunu sual altına qoyub.
Olimpiya təşfit komandasının rəhbəri Con Kots keçən həftə Tokioya səfər edərək, istiliyin təşkilatçılar üçün əlavə çətinliklər yaradacağını bildirib (“Amerikanın səsi”).


loading...




Fikrinizi bildirin