Xaçmazda meşədə yanğın olub

Dərc olunub: 21/07/2018 - 23:34

yanXaçmazda yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Ləcət kəndində 2 ha biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşə zolağında 1 ha sahədə quru ot, kol-kos və ağac kötükləri yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


loading...




Fikrinizi bildirin