Ayda astronavtların yaşayacağı stansiya yaradılır – NASA açıqladı

Dərc olunub: 22/07/2018 - 00:12

kosmosAzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) aerokosmik agentliyi (NASA) yaxın 8 ildə Ayda stansiya yaratmaq niyyətindədir. Stansiyada daim astronavtlar yerləşəcək.
«Daily Star» qeyd edir ki, belə proqramın reallaşdırılması özəl şirkətlərin kosmosa müxtəlif materiallar çatdırması ilə bağlı rəqabətin yaranması sayəsində mümkün olub.
«Kosmik uçuşlara olan maraq  tezliklə Ayda kommersiya industriyasına da təsir göstərəcək. Mən əminəm, bu iki sahə arasında ümumi çox şey var» – deyə, «Moon Express» şirkətinin icraçı direktoru Bob Riçards bəyan edib.
Bu zaman, NASA və özəl korporasiya artıq 2019-cu ilə Aya müxtəlif avtomatlaşdırılmış elmi alətlər göndərməyi planlayırlar.
2017-ci ilin dekabrında ABŞ Prezidenti Donald Tramp Aya ekspedisiya göndərməyin bərpasının qaçılmaz olduğunu bəyan edib. Bu proses 1972-ci ildə «Apollon-17»-nin uçuşundan sonra dayanıb.








loading...


Fikrinizi bildirin