Tramp «yalançı media»nı ittiham edib! - Putinlə danışıqları tənqid etdiyinə görə…

Dərc olunub: 22/07/2018 - 00:38

donald-tramp«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putinlə Helsinkidə apardığı danışıqlarda guya, «güzəşt mövqeyi»ndən çıxış etdiyi üçün onu pisləyən amerikalı jurnalistləri tənqid atəşinə tutub.
Dövlət başçısının özü isə bu cür yanaşmasını «diplomatik» adlandırıb.
«Yalançı KİV-lər Prezident Putinlə həddindən artıq yumşaq davrandığıma görə, məni sərt tənqid ediblər. Keçmişlərdə bu, diplomatiya adlanırdı. Əgər mən, özümü Putinlə kobud aparsaydım, bu dəfə məni həddindən aptıq sərt olmaqda ittiham edəcəkdilər. Urutmayın, onlar məni Kim Çen Inla guya, kobud davranmaqda necə ittiham edirdilər? Riyakarlar!» – deyə, Tramp öz «Tvitter»ində yazıb.








loading...


Fikrinizi bildirin