Bakıda qadın sürücü piyadanı vuraraq öldürüb

Dərc olunub: 22/07/2018 - 00:49

qeza-yol-nishaniBakı şəhərində yolu keçən piyadanı maşın vuraraq öldürüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 20-də saat 01 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini Nərminə Poladova idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azər Bəyməmmədovu vurub. A.Bəyməmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


loading...




Fikrinizi bildirin