Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dərc olunub: 22/07/2018 - 09:46

erdogan-merkelAlmaniya hökuməti bir ildir Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv edib.Axar.az Taymturk-ə istinadən xəbər verir ki, Türkiyəyə səfər etmək istəyən almaniyalı turistlər üçün səyahət qadağası müəyyən qədər aradan qaldırılıb.

Qeyd edilir ki, son illərdə Türkiyə ilə Avropa Birliyi ölkələri arasında artan gərginlik yavaş-yavaş sona çatır. Hollandiya ilə bir ildir davam edən diplomatik böhranın həll yoluna düşməsindən sonra müsbət bir irəliləyiş də Türkiyənin birinci iqtisadi tərəfdaşı Almaniyadan gəlib.








loading...


Fikrinizi bildirin