Ekspert süni qiymət artımından, nazirlik isə… – Bazarda meyvə- tərəvəz niyə bahadır? 

Dərc olunub: 22/07/2018 - 12:00

terevezSosial şəbəkələrdə daha çox qarpızın bahalaşmasından şikayətlər edilsə də, elə digər mövsümi mallar da qarpızdan geri qalmırmış.

BBC News Azərbaycancanın müxbiri baş çəkdiyi bazar və marketlərdə mövsumi kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edib.

Paytaxtın “Nəsimi” kimi tanınan bazarında əriyin kilosu 6 manatadır və satıcı heç cür qiymətdə güzəştə getmək istəmir. Deyir, “mövsüm sonu olduğundan əriklə gilas bazara bir az baha “gəlir”, ona görə də “aşağı yeri yoxdur“: “Bazarda bəzi mövsüm mallarında qiymət bahadır, adətən, bu vaxtlar bir az ucuzluq olardı”, – alıcılardan biri bazardakı qiymətlərdən şikayətlənir. Məsələn, acı bibərin kilosu isə 3,50 manatdır. Pomidor və badımcan 2 manata qalxıb. Halbuki, bir müddət öncə onların qiyməti xeyli ucuz idi. Pomidor və badımcan 2, şirin bibər 1,50 – 2.30, acı bibərin kilosu isə 3,50 manatdır. Demək olar ki, hər yerdə mövsümi kənd təsərrüfatı məhsullarının qiyməti “göz qorxudur”. Əriyin kilosu 6 manata, qarpızın kilosu 1,20, yemiş isə 3 manatdan təklif olunur. Alıcı Gülnarə İbrahimova deyir ki, bir müddət əvvəl qiymətlər nisbətən ucuz idi. İndi mövsüm meyvələri də bahadır: “Əriyin kilosunu 5 manata aldım. Mövsüm meyvəsi niyə bu qədər baha olsun ki?! Gilası 2 manata aldım. O, bir az yaxşıdır yenə”. Alıcı Şəhla Qasımova deyir ki, keçən aydan bu yana kartofun qiyməti 20 qəpik bahalaşıb: “Pomidoru keçən ay 1 manata, xiyarı isə 0,50 – 0,80 qəpiyə alırdıq. Qarpız-yemişin də qiyməti qalxıb. Keçən ay 30-35 qəpiyə aldığımız qarpız bu ay 50-60 qəpikdir”.

“Günəş yandırdı”

Uzun illərdi kənd təsərrüfatı məhsulları satan Valeh də qiymətlərdə artım olduğunu təsdiqləyir: “Hər məhsulun kilosunda 5-20 qəpik artım var, biz də bunu görürük”.

O, qiymət artımının səbəbini qıtlıqda və günəş şüalarının bəzi məhsulları yandırmağında görür: “Camaat keçən il ziyana getdi, ona görə də çoxu bu il qarpız-yemiş becərmədi, eləcə də digər məhsullar. Ona görə də qıtlıq yaranıb. Bir də günəş şüaları məhsulu elə şaxında yandırıb-yaxdı. Axtarın, lobyanı güclə taparsız. Elə qarpız da eləcə… yandı”.

“Kartofun kilosunu 15 qəpikdən verirəm”

Cəlilabadda yaşayan fermer Vahid Ağayev BBC News Azərbaycancaya deyib ki, keçən il kartof əkib və ziyana düşüb: “25 ton məhsul götürmüşdüm, hektara da 4880 manat xərcim çıxmışdı. Hər hektardan götürdüyümsə, 3400-3500 manat oldu. Onun da xərci borcunu ödəmədi”.

Sahibkar deyir ki, “yerli bazara kartofun kiloqramını 15 qəpiyə, Rusiya bazarına isə 17-20 qəpiyə” satırlar.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bunu süni qiymət artımı kimi qiymətləndirir. Onun fikrincə, bazarda “kimlərsə qiymətləri süni şəkildə şişirdir”.

Ancaq onu da əlavə edir ki, bazarda “iqtisadi dayanıqlıq” yoxdur: “Fermerlər ötən il yaxşı və baha satılan məhsulu əkir, nəticədə yaranmış bolluq nəticəsində məhsul ucuz satılır, ona görə də gələn il əkmirlər”.

Fermerlər bazar təklifinə uyğunlaşa bilmirlər

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya deyiblər ki, qurum fermerlərin və bazarın qiymət siyasətinə müdaxilə etmir. Ancaq onlar düşünürlər ki, mövsümü məhsulların qiymətində müşahidə olunan artım “fermerlərin tələb-təklif qanunlarına uyğunlaşa bilməməsi”ndən doğub. (BBC)


loading...




Fikrinizi bildirin