ABŞ-ın Rusiyadakı səfirinin də istefası tələb edilir: O, hətta öz qızının belə, tənqidləriylə üzləşib

Dərc olunub: 22/07/2018 - 13:33

ac34027659d8a92920f6bd3d3fd426baABŞ-ın Rusiyadakı səfiri Con Hantsman prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə Helsinkidəki görüşünə görə ağır tənqidlərə məruz qalıb. Görüşü ABŞ diplomatiyası üçün məğlubiyyət sayan siyasi ekspertlər səfirin öz postunu tərk etməsi tələbini səsləndiriblər. Maraqlıdır ki, Helsinki görüşü ilə bağlı mənfi fikirlərini dilə gətirənlərdən biri də onu öz doğma qızı, teleaparıcı Ebbi Hantsmandır.
İlk öncə qeyd olunmalıdır ki, Con Hantsman 2017-ci ilin oktyabrından ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışır. Bundan daha öncə o, ölkəsini Sinqapurda (1992-1993) və Çində (2009-2011) təmsil edib.
2005-2009-cu illərdə isə Con Hantsman Yuta ştatının qubernatoru olub. Con Hantsman 2012-ci ildə hətta prezidentliyə namizədliyini irəli sürüb. Daha sonra o, ilkin seçkilərdə öz namizədliyini Mitt Romninin xeyrinə geri çəkib.
Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, ABŞ-ın Rusiyadakı səfirliyində Hantsmanın bundan sonra vəzifəsində qalıb-qalmyacağı barədə birmənalı olaraq, “yox” və ya “hə” cavabını verməyiblər.
“Con Hantsman, şərəfin varsa, istefa ver”, – siyasi analitik Con Uiver tvitterdəki hesabında səfirə səslənib. Bu satus ən az 10 mindən çox “bəyəndim” qeydinə, 2 mindən çox paylaşıma layiq görülüb.

con hantsman.jpg (83 KB)

Con Uiverin özünün Con Hantsmanla şəxsi tanışlığı var. Belə ki, Uiver səfirin 2012-ci ildə iştirak etdiyi seçkiqabağı kampaniyada onun qərargahının rəhbərlərindən biri və müşaviri olub.

Yazıda Con Hantsmanı ən çox Donald Trampın Putinlə birgə keçirdiyi mətbuat konfransında sərf etdyi sözlərin pis vəziyyətdə qoyduğu qeyd olunub. Belə ki, Tramp burada Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etməsinə şübhə ilə yanaşdığını bildirmişdi.
Bu isə Con Hantsmanın görüşdən qabaq söylədiklərinə tərs gəlib. Belə ki, Hantsman jurnalistlərə ABŞ prezidentinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq, onun Rusiyanı törətdiyi əməllərə görə məsuliyyətə cəlb etmək yönündə fəaliyyətini davam etdirəcəyini söyləmişdi.
Doğrudur, Trampın özü də Vaşinqtona qayıtdıqdan sonra öz fikirlərində məcburən düzəliş edərək kəşfiyyat orqanlarının Kremlin müdaxilələri ilə bağlı təsbitləri ilə razılaşdığını söyləyib. Lakin Trampın sözündən dönməsi ona qarşı inamsızlığı daha da artırıb.

ebbi hantsman.jpg (123 KB)

ABŞ prezidentinin sevimli telekanalı Fox News-da teleaparıcı olaraq çalışan səfir Con Hantsmanın qızı Ebbi Hantsman prezident haqqında sosial şəbəkələrdə ağır ifadələr işlədib. Ebbi Hantsman tvitter hesabında “hər hansı müzakirə və ya danışıqlar öz ölkə və xalqını qurban etməyə dəyməz”, – deyə yazıb.
Sammit bitdikdən sonra “Salt Lake Tribune” qəzetinin populyar yazarı Robert Gerki ABŞ səfirini istefaya çağırıb. Qeyd etmək lazımdır ki, qəzetin sahibi Con Hantsmanın doğmaca qardaşı Pol Hantsmandır.
“Sən artıq prezidentin deyil, başqalarının əlində piyadasan (şahmatdakı fiqur). Artıq evə dönmək vaxtıdır”, – Gerki yazıb.
Yalnız bir gün sonra qəzet bəhs edilən yazının müəllifin şəxsi fikirlərini əks etdirdiyi barədə elan verməli olub.
Onu da qeyd etmək lazımdır ki, son yarım il ərzində Donald Trampın siyasəti ilə barışmaq istəməyən və buna görə vəzifələrindən istefa edən amerikalı diplomatların sayı artıb.
Sonucu olaraq ABŞ-ın Estoniyadakı səfiri Ceyms Melvil öz postunu tərk edib. Melvili Donald Trampın ABŞ-ın Avropadakı müttəfiqləri barədə tənqidi fikirləri hiddətə gətiribmiş(musavat.com)








loading...


Fikrinizi bildirin