Şamaxıda kütləvi dava: 4 nəfər xəstəxanaya düşdü

Dərc olunub: 22/07/2018 - 13:54

kutlevi-davaŞamaxı rayonunda 10 nəfərin iştirakı ilə kütləvi dava baş verib, yaralılar var.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 12 radələrində rayonun Dağ Bağırlı kəndində qeydə alınıb.

Kənd sakinləri Zeynalov Sahib, Zeynalov Sənan, Manafov Rafiq, Beydullayev Kabus, Zeynalov Elnur və Zeynalov Fəxrəddin şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndliləri – 1955-ci il təvəllüdlü Qafarov Həbib Gülağa oğlu, onun 30 yaşlı oğlu Tural Qafarov, eləcə də qardaşı Qafarov Səxavət və həyat yoldaşı Qafarova Mehribana ağac, bel və başqa küt alətlə bədənlərinin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetiriblər. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


loading...




Fikrinizi bildirin