Dünya çempionatlarının rekordçusu futbolçu karyerasını başa vurub

Dərc olunub: 22/07/2018 - 16:01

bb382061-8088-46d3-8509-5841ac6fafe4_292 (1)Mekskalı məşhur futbolçu Rafael Markes karyerasını bitirməyə qərar verib.

“Report”un məlumatına görə, 39 yaşlı müdafiəçi bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.

Markes 22 illik karyerası ərzində yerli “Atlas” və “Leon”la yanaşı, Fransanın “Monako”, İspaniyanın “Barselona”, ABŞ-ın “Nyu-York Red Bullz” və İtaliyanın “Verona” kimi klublarında çıxış edib. O, “Barsa”nın heyətində 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə Super Kuboku, 2 dəfə Çempionlar Liqası və hərəyə bir dəfə İspaniya Super Kuboku, UEFA Super Kuboku və klublararası dünya çempionluğu əldə edib.

Markes Rusiyadakı dünya çempionatında rekord müəyyənləşdirib. O, 5 mundialda çıxış edən yeganə futbolçu olub.


loading...




Fikrinizi bildirin