Heydər Əliyev mərkəzində yanğın xəbəri təsdiqlənmədi

 Heydər Əliyev Mərkəzində yanğın olması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Heydər Əliyev Mərkəzinin ictimatiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, bayram günləri ilə əlaqədar qeyri-iş günü olduğu nəzərə alınaraq Heydər Əliyev Mərkəzində təlimlər keçirilib. Qrafikə uyğun olaraq iyulun 27 və 28-də fövqəladə hallar və təhlükəsizlik qüvvələrinin təlimi təyin edilib.

Buna uyğun olaraq da Mərkəzdə təlimlər keçirilib.

Xatırladaq ki, bu gün axşam saatlarında Heydər Əliyev Mərkəzində yenidən yanğın olduğu haqda məlumat yayılmışdı. Hətta Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilmişdi ki, mərkəzin zirzəmisində taxta qırıntıları tüstülənib:
“Bu barədə bizə məlumat daxil olan kimi, yanğınsöndürənlər hadisə yerinə cəlb edildi. Məlum oldu ki, bu yanğın yox, sadəcə binanın zirzəmisində taxta-şalban qırıntılarının tüstülənməsidir. Hazırda tüstülənmənin qarşısı alınıb. Əməkdaşlarımız Heydər Əliyev Mərkəzində növbə çəkirlər”.

Lakin göründüyü kimi, Mərkəzin mətbuat xidmətinin rəhbəri yanğın olmadığını, təlim keçirildiyini bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar