Çində “Ampil” tayfunu ilə əlaqədar 400 min nəfər təxliyə edilib

Dərc olunub: 22/07/2018 - 16:08

tayfunÇin hakimiyyəti güclü külək və leysan yağışla müşayiət olunan “Ampil” tayfunu ilə əlaqadar Şanxayda, Çjetsyan və Tzyansu əyalətlərində 387 mindən çox insan təxliyə edib.

APA-nın Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Tayfunun mərkəzində küləyin sürəti saatda 100 kilometrə çatır. “Ampil” tayfunu yerli vaxtla saat 12.30 radələrində Şanxay yaxınlığındakı Çunmin adası sahillərinə çatıb. Tayfun şimal-qərb istiqamətində materikin dərinliklərinə doğru hərəkət edir və günorta saatlarında Şandun əyalətinə çatacaq.


loading...




Fikrinizi bildirin