“Rusiya Qarabağdakı hərbi hərəkətləri sakitcə müşahidə edə bilər” – Yevgeni Mixaylov

Dərc olunub: 22/07/2018 - 16:15

247990_res_01Ermənistanın baş naziri Nikol Paşinyanın “Rusiya Qarabağda müharibəyə imkan verməyəcək” bəyanatı indiki erməni rəhbərliyinin ikiüzlü siyasətinin bir hissəsidir, başqa heç nə…

Bunu virtualaz.org-a açıqlamasında Rusiya politoloqu Yevgeni Mixaylov deyib.

“Paşinyan hər vəchlə göstərmək istəyir ki, Ermənistan Rusiyanın strateji partnyoru olaraq qalır. Amma işdə onun komandası ölkəni fəal şəkildə NATO-ya aparır və Rusiya hərbi bazalarını ölkədən səs-küy yaratmadan çıxarmağa çalışır. Erməni KİV-ində, xüsusilə Paşinyanın xanımının nəzarəti altında olanlarda, Rusiya hərbi bazaları hərbi qulluqçularının pislənməsi ilə bağlı azğın kampaniyaya baxmaq kifayətdir. Kampaniya Şirak vilayətindəki Pinak kəndi ərazisində təlimlər zamanı baş verən hadisədən sonra daha geniş vüsət alıb. Ehtimal ki, Paşinyan, Rusiya hərbçilərinə hücum edərkən əndazəni aşdığından qorxub, bu səbədən də Rusiyaya xatırlatmağı qərara alıb ki, hələ də Moskva tərəfindən müdafiəyə ümid edir”, – deyə ekspert bildirib.

Y.Mixaylov əmindir ki, Paşinyan Ermənistanı NATO-ya eyni yolla, hansı ki, ora onunla qonşu olan respublika cəhd edir, aparır. Və eyni zamanda, Yerevanda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən hansısa dəstəyə ümid edirlər.

“Bəli, Moskva Cənubi Qafqazda müharibədə maraqlı deyil. Amma erməni-Azərbaycan münaqişəsinə Rusiyanın münasibəti, hər şeydən əvvəl, Moskvanın milli maraqlarından qaynaqlanır. İstisna edilmir ki, müəyyən şərtlərdə Rusiya Qarabağ münaqişəsinin həllində Azərbaycanın gücə əl atacağını sakitcə müşahidə edəcək. Bu halda müharibə Azərbaycan ərazisində gedəcək və Rusiya da Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir, deməli, bu, KTMT-nın müdaxiləsinə səbəb ola bilməz”, – politoloq vurğulayıb.

Y.Mixaylovun fikrincə, Paşinyan uğursuz manevr etməyə çalışır. Moskvada o, Rusiyanın, Brüsseldə isə Qərbin müttəfiqidir. Amma Ermənistanın real siyasi kursu tədricən Qərbin hərbi-siyasi blokuna daxil olmağa yönəlib. Və Y.Mixaylov şübhə etmir ki, bu, Moskvaya yaxşı məlumdur.








loading...


Fikrinizi bildirin