KATV 1-in fəaliyyətində problemlər yaranıb

Ölkənin kabel televiziyası KATV 1-in fəaliyyətində ciddi problemlər yaranıb. Bu gün televiziya rəqəmsalı yayımını dayanıb və internet təchizatı kəsilib. Maraqlısı budur ki, rəqəmsal yayım dayandırılsa da, analoq yayımla bağlı heç bir problem olmayıb.

Xətai rayonundan abunəçilərin Milli.Az-a verdikləri məlumata görə, rəqəmsal yayım günorta saatlarında təxminən iki saat dayandırılıb. Bununla paralel internet də kəsilib. Televiziyanın fəaliyyəti bərpa olunsa da, internet təchizatı düzəlməyib.

Şirkətin "127" müştəri xidməti də davamlı məşğul göstərir. Yəni problemin səbəbini öyrənmək üçün abunəçilər bütün imkanlardan məhrum ediliblər.

Daha sonra şirkətdən Milli.Az-a bildirildi ki, televiziyanın əsas avadanlığı sıradan çıxdığı üçün rəqəmsal yayımda və internet təchizatında fasilələr yaranıb.

O da vurğulandı ki, problem artıq aradan qaldırılıb və şirkət normal fəaliyyətini davam etdirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar