Bakıda mənzildə cəsəd aşkarlanıb

Dərc olunub: 22/07/2018 - 17:05

qadin-meyitBu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Dobralinskaya Viktoriya Konstantinovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.


loading...




Fikrinizi bildirin