Cəlilabad rayonunda yol qəzası baş verib

Dərc olunub: 22/07/2018 - 17:13

qeza-yol-nishaniCəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə,hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” və “Vaz 2107 markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılara hazırda xəstəxanada tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin