Kılıçdaroğlu CHP-dən gedəcəkmi? – Sirlər açılır

Dərc olunub: 22/07/2018 - 17:23

kilicdaroglu_1CHP başqanı Kamal Kılıçdaroğlu vəzifəsində qalacaq.Axar.az xəbər verir ki, bu açıqlama ilə Beynəlxalq Media İnformasiya Dərnəyinin sədri Aslan Dəyirmançı çıxış edib.

“Kamal Kılıçdaroğlu vəzifəsini qoruyacaq. Bəlkə Bülənt Tezcanı fəda edəcək, amma özü geri addım atmayacaq. Kamal Kılıçdaroğlu onu dəstəkləyən, vəzifəyə gəlməsinə yardım edən qeyri-qanuni təşkilatlar tərəfindən dəstəklənir. CHP tək adam ilə yola davam edir. Baykal və Sarıgül buna misaldır. Bu gün hər iki şəxs də hakimiyyət kadrlarında yoxdur. Məhərrəm İncəni də eyni aqibət gözləyir. Bu, Kamal Kılıçdaroğlunun partiyanı necə ələ keçirdiyini göstərir”, – Dəyirmançı qeyd edib.

Qeyd edək ki, son vaxtlar CHP-də sədr dəyişikliyinin olacağı barədə məlumatlar yayılır.


loading...




Fikrinizi bildirin