“Sumqayıt” Türkiyədə darmadağın oldu – 0:7

Dərc olunub: 22/07/2018 - 19:50

102120Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Nazim Süleymanovun komandası Super Liqa təmsilçisi “Alanyaspor”la qarşılşıb. Bakı vaxtı ilə saat 17:00-da başlayam və Topuk Yaylası idman kompleksində keçirilən görüş “Sumqayıt”ın 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb. Türk klubunun heyətində qolları Lukas Vilyafanes (7), Bobo (42), Efecan Karaca (49), Calma Kampos(55), Əmrə Güral (74), Həsən Ayaroğlu (77) və Əmrə Akbaba (90) vurublar.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədəki ilk sınağında Qətərin “Əl-Şəhaniyə” klubu ilə 1:1 hesablı heç-heçə etmişdi.








loading...


Fikrinizi bildirin