Azərbaycan cüdoçusu Praqada gümüş medal qazanıb

Dərc olunub: 22/07/2018 - 21:04

3fda0d4a-6561-4f61-93cd-c648ccd0b8e6_292Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışına yekun vurulub.

“Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa Kubokunun gümüş medalına sahib olub.

Bununla da, cüdoçlarımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.


loading...




Fikrinizi bildirin