Çinin bu superkompyuterinin sürətini təsəvvür edirsinizmi?...

Superkomyuterlərin “Top-500” dünya reytinq cədvəlinin bu ilin iyun ayındakı dərcinədə (ildə iki dəfə dərc olunur) Çinin “Tyanhe-2” komyuteri dalbadal üçüncü dəfədir ki, siyahıda birinci yeri tutur.

Çin hökuməti öz superkomyuterlərinin kəskin şəkildə funksional irəliləyişini düzğün investisiyanın və bu sahə üzrə mütəxəssislərin hazırlanması sayəsində təşkil edə bilib. Çin hakimiyyəti belə kompyuterlərin istifadəsini ictimai sferaya da tətbiq etməyə başlayıb və bununla da onlar istehsalçılar arasındakı rəqabətin xeyli dərəcədə gücləndirilməsinə nail olublar. Artıq Çin, Yapon və Amerikan superkompyuterlərinin ciddi rəqibinə çevrilib.

Quançjou şəhərinin meri superkompyuterlərin ictimai məqsədlərlə istifadə edilməsinə dair keçirilən yığıncaqda deyib: "Bu predmet Quançjounun və bütün Çin xalqının fəxridir”. Çinin “Tyanhe-1” superkomyuteri dünyada ilk lider mövqeyə 2010-cu ildə yiyələnmişdi. 2011-ci ildə Yaponiyanın “Miyako” superkomyuteri onu qabaqlasa da, 2013-cü ilin iyunundan yeni model olan “Tyanhe-2”demək olar ki, “Miyako”-dan üç dəfə sürətlidir. "Tyanhe-2”-bir saniyə ərzində 33 kvatrilyon 862 trilyon əməliyyat heablaya bilir. Hələlik “Tyanhe-2”-ni birincilikdən salan olmayıb.

“Top-500” reytinqinə əsasən, ölkələrə düşən superkomyuterlərin sayına görə Çin son illər çox yaxşı inkişaf tempi nümayış etdirir. 2000-ci ildə Yaponiyada 63 superkomyuter olduğuna baxmayaraq, Çində bir ədəd də olsun bu cür kompyuter yox idi. Ancaq 2009-cu ildə artıq vəziyyət tamamilə dəyişilmişdi.

Bu ilin son məlumatına əsasən, Çində 76 superkomyuter mövcuddur və onlar 233 superkompyuterə malik olan amerikanlardan sonra ikinci yerdə qərarlaşıblar. ”Top 500” reytinqinə görə Yaponiyanın bu siyahı üzrə 30 superkomyuteri var. 1990-cı illərdən Çin hakimiyyəti bu sahəyə xeyli maliyyə ayrır. Çin KİV-lərinin məlumatına görə, “Tyanhe-2”-nin hazırlanmasında 280 mütəxəssis iştirak edib və bu məqsədlə 2,5 milyard yuan (təxminən 340 miyon ABŞ dolları) xərclənib.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar