Nabranda istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb

Dərc olunub: 22/07/2018 - 21:10

2e4c048s-960Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunub.

Axtarış işləri meşəlik ərazidə və suda aparılır.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.


loading...




Fikrinizi bildirin